İlham Əliyev məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planını təsdiq edib

Noyabrın 27-də dövlət başçısı İlham Əliyev “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb, ancaq planın mətni hələlik dərc edilməyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verilməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.