İran XİN başçısı: “Əməkdaşlıq üçün əllərimizi uzadırıq”

“Hamını danışığa çağırıq, çünki anlaşılmazlıqların, gərginliklərin baş çatmasının yeganə yolu budur”.

“Mehr” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter səhifəsində İslam Respublikasına qonşu olan ərəb dövlətlərinə müraciətində yazıb.

“Tramp (ABŞ prezidenti Donald Trampı nəzərdə tutur- red.) getdi. Biz və qonşular qaldıq. Yabançılara bel bağlamaq təhlükəsizliyimizə etibarı artırmaz sadəcə ümidləri yox edər. Xalqımız və ölkələrimizin ortaq maraqlarına çatmaq, birlikdə fəaliyyət göstərmək üçün əllərimizi uzadırıq. Bölgəmizin daha yaxşı gələcəyini qurmaq üçün daim birlikdə olacağıq”, – M.Zərif vurğulayıb.

Əvvəlki məqaləCanlı bloq: “Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub” – [yenilənir]
Növbəti məqalədə“Hətta adi kərpic və daş belə talan edilib” – Hikmət Hacıyev