Kasetli bomba hücumunda yaralanmış Zamin: “Ağrıdan gecə yata bilmirəm”

Onun üçün sarğısının dəyişdirilməsinə belə dözmək ağırdır.

Zamin Bəndəliyev evindən mağazaya getmək üçün çıxarkən 5 dəqiqə sonra başına gələcəklərdən xəbərsiz idi.

Bərdənin mərkəzinə atılan kasetli bomba nəticəsində yaralanmış Zamin Bəndəliyev 20 gündən çoxdur ki, dözülməz ağrı içindədir.

Zaminin ağciyərinin bir hissəsi də əməliyyatla çıxarılıb.

Ancaq onun bədənində hələ də çıxarılmamış qəlpələr qalıb.

Kasetli sursatın istifadəsi beynəlxalq qanunlarla qadağandır.

Oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket azı 25 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.

Azərbaycan hakimiyyəti və Beynəlxalq insan hüquqları təşkilatları atılmış raketin kasetli sursat olduğunu bildirir.