Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatası Aleksey Navalnı ilə yaşanan insidentlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul edib.

Bu barədə “TASS” xəbər verir.

Qətnamə tövsiyə xarakterlidir. Qanunvericilər sadəcə bu məsələdə öz mövqelərini bildirirlər və administrasiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Lakin ABŞ hökumətinin bu cür qətnamələrə məhəl qoymamaq hüququ var.

Əvvəlki məqaləDünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü
Növbəti məqalədəEkspertlər şərh edir: “Fransanın, Amerikanın Qarabağ münaqişəsinə təsir dövrü bitib”