Minsk-Bakı aviareysi üzrə uçuşlar bərpa edilir

Belarusun “Belavia” şirkəti dekabrın 4-dən etibarən Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir. 
Bu barədə noyabrn 26-da aviaşirkətdən verilən açıqlamada deyilir.
Uçuşlar həftədə dörd dəfə – II, V, VI və VII günlər yerinə yetiriləcək.
Sentyabr ayında Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı məhdud iş rejiminə keçmişdi və sözügedən aviareys üzrə uçuşlar dayandırılmışdı.