Paşinyan ümid edir ki, sülhməramlılar Qarabağda beş ildən çox qalacaqlar

Nikol Paşinyan

Qarabağ münaqişəsi uzun münaqişədir, buna görə Rusiya sülhməramlılarılarının burada qalması, çətin ki, beş illik müddətlə məhdudlaşsın. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan TASS agentliyinə müsahibəsində bildirib.

Hazırda Qarabağda sabitliyi və əhalinin təhlükəsizliyini təmin etmək vacibdir.

Hazırki şəraitdə Qarabağın statusunun necə olacağı barədə suala cavabda Paşinyan deyib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində proses davam etdirilməli və status müəyyən edilməlidir. Bu zaman o qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi “məlumdur və bu mövqe dəyişməyib”.

İstefası mümkünlüyü ilə bağlı suala cavabda Paşinyan deyib ki, müxalifətin çağırışları “erməni ictimaiyyətində geniş yayılmayıb”. Vətəndaşların Qarabağa qaytarılmasına nail olmaq və onlar üçün sosial zəmanəti təmin etmək lazımdır. O, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən Azərbaycanın nəzarəti altına keçən yaşayış məntəqələrinin sakinlərinin öz evlərinə qaytarılmasının təmin edilməsində Rusiyanın rolundan razılığını bildirib. “Bu proses danışıqlar prosesi üçün birinci yerdə olmalıdır”, deyə Paşinyan qeyd edib.

Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşdırılmasından danışmaq olar? Bu suala cavabda Paşinyan deyib ki, “bu, çox mühüm məqamdır və düşünürəm ki, yaxın gələcəkdə biz bu məsələyə diqqət yetirəcəyik”. Nəqliyyat kommunikasiyalarının açılması başlanğıc nöqtəsi ola bilər, deyə Paşinyan qeyd edib.