“Sərhədsiz Reportyorlar” Polad Aslanovu azad etməyə çağırıb

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycan hakimiyyətini “Polad Aslanovu dərhal azad etməyə və jurnalistlərin saxta ittihamlarla təqibinə son qoymağa” çağırıb.

Bu barədə təşkilatın Tvitter hesabında yazılıb.

Xeberman.com-un redaktoru noyabrın 16-da İranın xeyrinə casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.