Slovakiyanın baş naziri COVID-19-u kommunistlərlə müqayisə etdi

Slovakiyanın baş naziri İqor Matoviç Kommunist partiyası hakimiyyətini koronavirus pandemiyası ilə müqayisə edib.

Bu barədə Böhran vəziyyətlərinin aradan qaldırılması üzrə Mərkəzi qərargahın iclasından sonra deyib.

“Koronavirusla nə vaxtsa kommunistlərlə olduğu kimi mübarizə aparmaq lazımdır. Onlar da həmçinin gəlmələr idilər, hansılar ki, bizim həyatımızı korlayırdılar və azad nəfəs almağa icazə vermirdilər. İndi burada bizdə koronavirus gəlmədir”, – hökumət başçısı deyib.

Qeyd edilir ki, baş nazir Slovakiya və Çex Respublikasında rəsmi bayram olan Azadlıq və Demokratiya uğrunda Mübarizə Günü ərəfəsində belə bir açıqlama verib. Slovakiya parlamenti bir neçə gün əvvəl Çexoslovakiya Kommunist Partiyasını cinayət təşkilatı kimi tanıyan qanun qəbul edib.

Noyabrın 16-da Slovakiyanın Səhiyyə Nazirliyi bildirib ki, respublikada ölkədə koronavirusun yayılmasına görə tətbiq olunmuş karantin tədbirləri ləğv edilib.

MƏNBƏReport.az
Əvvəlki məqaləHazırda Ermənistan və Azərbaycan sülhməramlıları nə edə bilər?
Növbəti məqalədəErmənistan polisinin müavini vəzifəsindən azad edildi