“Türkvision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır

2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər.

Bu barədə təşkilatçılar məlumat verib.

Bildirilib ki, texniki məsələlər həll ediləcəyi tədqirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib.

Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusu noyabrın 8-i Şuşa şəhərini işğaldan azad edib.

Əvvəlki məqaləƏsgər Mehdi və Mələyin hekayəsi – BBC müxbiri Orla Guerin-in reportajı
Növbəti məqalədəVəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalanıblar