ABŞ Nümayəndələr Palatası marixuananın leqallaşdırılmasını dəstəklədi

ABŞ Nümayəndələr Palatasında 228 millət vəkili marixuananı leqallaşdırmaq üçün təqdim edilən qanun layihəsinin lehinə səs verib.

Bu barədə RİA “Novosti” xəbər verir.

Qanunda marixuananın ölkə miqyasında leqallaşdırılması ilə yanaşı narkotik vasitənin saxlanması və ticarəti ilə əlaqəli cinayətlərdən mühakimə olunan şəxslərin azad edilməsi də nəzərdə tutulur.

Eyni zamanda, Senata nəzarət edən respublikaçılar bu qanun layihəsini dəstəkləmirlər. Odur ki, yaxın gələcəkdə qanunun Konqresin hər iki palatası tərəfindən qəbul edilməsi ehtimalı azdır.

Qeyd edək ki, 10 il əvvəl bütün ştatlarda marixuana qanunsuz idisə, indi 38 ştat tibbi marixuanaya icazə verir və 15-i tamamilə leqallaşdırıb.

Əvvəlki məqaləABŞ-ın silah ixracının həcmi açıqlandı
Növbəti məqalədəRobert Koçaryan: “Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”