Bu gün hərbi vəziyyətin ləğv edilməsi gözlənilir

Bu gün Milli Məclisin  iclasında Prezident  İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında  Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

İclas bir neçə saata başlayacaq.

Sentyabrın 27-si Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyev hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalamışdı.

Əvvəlki məqaləRəşad Şirin: “Azərbaycan sülh quruculuğu işində irəli düşməlidi”
Növbəti məqalədəBirləşmiş Ştatlardan Türkiyəyə sanksiyalar gəlir