‘Financial Times’ koronavirusa qarşı peyvəndi kəşf edən türk cütlüyü ilin adamı seçdi

Koronavirusa qarşı dərman hazırlamış Şahin və Türeci cütlüyü.

Amerikanın nüfuzlu ‘Financial Times’ qəzeti koronavirusa əleyhinə yaradılmış peyvəndin müəllifləri Özlem Türeci və onun həyat yoldaşı professor Uğur Şahini ilin adamı seçib.

Qəzetdə Türeci və Şahin haqqında yazılan yazıda iki elm adamının bir ildən də qısa müddətdə koronavirus peyvəndini həm elmi həm də biznes mənasında qazandıqları uğura görə ilin adamı adlandırılıblar.

İkisi də türk mənşəli olan Türeci və Şahin Almaniyanın Mainz şəhərində biyotexnologiya şirkəti olan BioNTech -i yaradıblar. Şirkət 2008-də yaradılıb.

BioNTech şirkəti son bir ildə Almaniyanın ən varlı 100 şirkətindən birinə çevrilib. İndi Şahinin varidatı 5,1 milyard dollara yüksəlib. O dünyanın ən varlı 500 nəfərindən biridir.

MƏNBƏFinancial Times
Əvvəlki məqaləÇin yüzminlərlə uyğuru pambıq tarlalarında zorla işlədir
Növbəti məqalədəNigeriyada Boko Haramın oğurladığı 400 məktəblidən biri qaça bilib, başına gələnləri danışıb