İran parlamenti uranın zənginləşdirilməsi layihəsini təsdiqlədi

İranda nüvə alimi Mohsen Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsindən sonra, İran parlamenti təcili şəkildə nüvə fəaliyyətinin aktivləşdirilməsi barədə layihəyə baxmaq üçün toplanıb. 
Bu barədə dekabrın 1-də “Fars” agentliyi məlumat verib.
Verilən xəbərə görə, qanun layihəsinə 251 deputat səs verib. Bununla belə, qanun layihəsinin ratifikasiya edilməsi üçün İranın Mühafizlər Şurası razılıq verməlidir. Əgər şura qanun layihəsini təsdiq etsə, o qüvvəyə minəcək.
Qanun layihəsi 20% zənginləşmə dərəcəsi olan 120 kiloqramlıq uranın ölkədə toplanmasını və istehsal edilməsini nəzərdə tutur. Uranın 20%-dən çox zənginləşdirilməsi nüvə silahı əldə etməyə imkan verir. Məlumata görə, hazırda İranın cəmi 4% həcmində uran zənginləşdirə bilir.