Millət vəkili: “Şuşada da universitet yaradılmalıdır”

Bir neçə ildir ki, Azərbaycanda Qarabağ Universiteyinin yaradılması təklifləri dolaşırdı. Millət vəkilləri, təhsil ekspertləri və ictimayət nümayəndələri bildirirdilər ki, Azərbaycanda Qarabağ universitetinin yaradılması zəruridir. 27 sentyabrdan başlayaraq Azərbaycan torpaqlarının əsas hissəsi işğaldan azad edildikdən sonra, bu təklif yenidən aktuallaşdı. Azərbaycan Milli Elmlər Akademiyası məlumat verib ki, Qarabağ ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Qarabağ Universiteti yaradılacaq. Bəs görəsn, Qarabağda Ali Təhsil Müəssisəsi yaradılmalıdırmı?

Millət vəkili, Ağsaqqallar şurasının sədri Eldar Quliyev deyir ki, Qarabağ Universitetinin yaradılması çox vacibdir.

Onun fikrincə, biz göstərməliyik ki, torpaqlar işğaldan azad olunandan sonra artıq o ərazilərə həyat qayıdır.

“Qarabağ Universitetinin yaradılması göstərəcək ki, bizim işimiz torpaqları işğaldan azad etməklə bitmədi. Artıq ora həyat qayıdır və Qarabağın inkişafı üçün addımlar atılır. Bu universitetdə əgər istəyəcəklərsə, azərbaycanlılarla yanaşı başqa millətlər də, o cmülədən ermənilər də təhsil ala bilsinlər. Bizim gənclərin savad və biliklərinin artırılması üçün atıdığımız addımları bütün dünya görəcək”, – deyə o bildirib.

Millət vəkili deyir ki, xarici vətəndaşlar müsahibə üsulu ilə, Azərbaycan vətəndaşları da test üsulu ilə qəbul almalıdır.

Onun fikrincə, əsas odur ki, biz əmin-amanlıq istəyirik. Şuşada da universitet yaradıla bilər, orada həm azərbaycanlılar, həç gürcüstanlılar, həm ermənilər təhsil ala bilər. Bizim əsas amalımız Qarabağa sakitliyin və həyatın qayıtmasıdır.

Təhsil eksperti Nabatəli Qulamoğlu da bu təklifə müsbət baxır.

Ekspert deyir ki, Qarabağda universitetin yaradılması həm elmi cəhətdən, həm də siyasi cəhətdən vacibdir.

Onun fikrincə, regionun inkişafı üçün və gələcəkdə regional münasibətlər baxımınan bu universitet əhəmiyyətli olacaq.

“Bilirsiniz, Azərbaycanda regional universitetlər olub. Gəncədə, Ləmkəranda bizim universitetlərimiz olub. Həm ayrıseçkilik olmasın deyə, həm də başqa məsələlərə görə Qarabağ universiteti yaradılmalıdır və orda istənilən ölkənin tələbələrinin təhsil alması üçün şərait yaradılmalıdır, xarici mütəxəsislər cəlb olunmalıdır. Təhsil keyfiyyətli olmalıdır. Belə olsa, bu hal Qarabağın inkişafına çox böyük töhvə verəcək”, – deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Əvvəlki məqalə“10 noyabr sülh bəyanatında İran üçün hansısa yer olmadığına görə, İran narahatdır”
Növbəti məqalədəİran jurnalistin edam edilməsinin tənqidi ilə əlaqədar Almaniya və Fransaya etiraz bildirib