Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi tikilir

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində mərkəzdə xidmətə başlanılacaq”.
Anadolu Agentliyinin məlumatına görə, bu sözləri dekabrın 2-də Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, – deyə türkiyəli nazir vurğulayıb.
Əvvəlki məqaləJirayr Liparityan: “Çoxları müharibənin əyləncə olduğunu düşünürdü”
Növbəti məqalədəAra Ayvazyan ‘muzdlular’dan danışır