“Sərhədsiz Reportyorlar Təşkilatı”: 2020-ci ildə dünyada ən azı 50 jurnalist öldürülüb

Beynəlxalq jurnalist təşkilatı olan “Sərhədsiz Reportyorlar Təşkilatı” bu il ən azı 50 jurnalistin hazırladığı xəbərə görə öldürülüdüyünü bildirib.

“Sərhədsiz Reportyorlar”ın mətbuat azadlığı ilə bağlı yayımladığı illik hesabatına görə bu il həyatını itirən jurnalistlərin böyük əksəriyyəti korrupsiya, mütəşəkkil cinayətkarlıq, ətraf mühit və təbiətə zərər vurulması kimi mövzularda araşdırmalar apardıqları üçün öldürülüb.

Bir çox jurnalistin də müxtəlif mitinqlər zamanı hadisələri işıqlandırarkən öldürüldüyü göstərilən hesabatda jurnlistlər üçün ən təhlükəli ölkələr Meksika, İraq, Əfqanıstan, Hindistan və Pakistan göstərilib.

Bundan əlavə Misir, Rusiya və Səudiyyə Ərəbistanındakı həbsxanalarda həbsdə saxlanılan 3 jurnalistin covid-19-a tutulmasın nəticəsində həkimlərin müalicə etməməsinə görə dünyasını dəyişdiyi də hesabatda əks olunub.

İranda dekabrın 12-də edam edilən Ruhullah Zem adlı jurnalist dünya çapında 30 il sonra ilk dəfə edama məhkum edilən jurnalist olub.

Hesabata görə 2020-ci ildə öldürülən 50 jurnalistin cəmi iki nəfəri qadın, qalan 48-i isə kişidir.

MƏNBƏhttps://rsf.org/en
Əvvəlki məqaləHərbçilər “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildilər
Növbəti məqalədəElmar Məmmədyarov: ‘Şübhə olsaydı, Amerikada məni parçalayardılar’