Tramp koronavirusun onu hakimiyyətdən salmaq üçün icad edildiyini iddia edir

“Bir seçki necə oğurlanar?” başlıqlı videoda Amerikadakı 2020-ci il seçkiləri və Covid-19-un mənşəyi ilə bağlı bəzi iddialar yer alıb.

Seçkilərin nəticələrini hələ də şübhə altına alan Donald Tramp bazar günü özünün Tvitter hesabında 2020-ci il seçkilərindən və koronavirusdan bəhs edən bir videonu retvit edib.

Videoda koronavirusun Trampın imicinə xələl gətirmək üçün hazırlandığı barədə qəribə bir iddia da yer alıb.

Trampı dəstəkləyən paylaşımlar edən @a17time adlı anonim bir Tvitter hesabının paylaşdığı videoda koronavirusun mənşəyindən başlayaraq 2020-ci ilin seçki anketlərinə və seçki nəticələrinə qədər bir sıra iddialar irəli sürülüb.

Video qalın hərflərlə yazılmış “Bir seçki necə oğurlanar?” başlığı ilə paylaşılıb və arxa fon səsləndirməsində deyilir ki, “Virusla başlayın, Amerikaya gətirin, bu barədə çox danışın, bəzi məmurları çağırın, xəstələri xəstəxanalara yığın, minlərlə insanı öldürün, günahı Prezidentin üzərinə atın, günahlandırmağa davam edin, biraz da günahlandırın”

Görüntülərdə isə xəstəxanalar və qəbirsanlıqlar yer alıb.

Ekranda Tulsi Qabbardın fotoşəkilləri görünəndə isə səs “Kiçik müəssisələri darmadağın edin, iqtisadiyyatı məhv edin, poçtla səs verməni ölkəyə gətirin, seçki müharibəsinə başlayın, şiddət çağırıışı edin və başqa bir namizədi seçin” deyir. Daha sonra Co Baydenin şəkilləri gələndə isə “Bəli, bu ona daha çox oxşayır”, – deyə videoda deyilir.

Bir dəqiqədən çox davam edən video 370 mindən çox insan tərəfindən izlənilib və 20 mindən çox insan tərəfindən paylaşılıb. Twitter Trampın seçki ilə bağlı yazdığı bir çox əsassız tvitdə olduğu kimi, bu tvittdə də “Mübahisəlidir” xəbərdarlığı edib.

Video geniş çərçivədə saxtakarlıq etmək, seçki adı ilə dələduzluq etmək, medianın və müxtəlif şəxlərin cinayət ortaqlığı kimi, Trampın bu günə qədər səsləndirdiyi fikirləri özündə ehtiva edir və  “Dünyanın ən güclü respublikasını oğurlamaq… Bu qədər asandır” cümlələri ilə bitir.

Bununla yanaşı, bu iddilar ümumilikdə Amerika siyasi sistemi tərəfindən rədd edilib, Trampın məhkəmə iddiaları ya geri götürülüb, ya da rədd edilib. Seçkilərin nəticələri isə rəsmən təsdiq edilib.

Əvvəlki məqaləErməni ekspert: “Bütün siyasi və intellektual sahəmiz miflərə və doqmalara qərq olub”
Növbəti məqalədəAzərbaycan Mərkəzi Bankı 830 şəhidin adına olan kreditləri silib