Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nda əksini tapıb.

Akademiyada Rəyasət Heyətinin növbəti iclasında Tədbirlər planı müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, eyni zamanda M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpasının, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılmasının, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılmasının, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılmasının sözügedən sənəddə nəzərdə tutulduğunu diqqətə çatdırıb.