Əliyev və Paşinyanın Moskva görüşündən əvvəl nə baş verir: “Putin Makronla da məsləhətləşib”

Rusiya prezidenti Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər. Üçtərəfli görüş Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək.

Bu Əliyevin Paşinyanla ilk görüşü olmasa da, müharibədən və 10 noyabr bəyanatından sonra ilk görüşləri olacaq. Ona gör görüş çox maraqla gözlənilir.

İclasda üç liderin Dağlıq Qarabağla bağlı birgə bəyanatın icrası və bölgədəki mövcud problemlərin həlli istiqamətində atılacaq addımların müzakirə ediləcəyi bildirilir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətləri, kommnukasiya əlaqələri və bu kontekstdə başqa mövzular da görüşün gündəmindədir.

Paşinyan təzyiq

Ermənistan müxalifəti görüşdən əvvəl Baş nazir Paşinyana ciddi təzyiq göstərməyə başlayıb. Baxmayaraq ki, görüşlə bağlı məsələlər müxtəlif maraq quruplarının təmsilçiləri ilə danışılıb, yenə də Ermənistan cəmiyyətində Paşinyanın bu görüşdə yanlış qərarlar qəbul etməsi ilə bağlı narahatlıqlar var.

Dünən Nikol Paşinyanın Moskva səfərinin qarşısını almaq üçün, yüzlərlə insan Ermənistanın əsas hava limanına toplaşıb. Onlar Nikolun görüşdən imtina etməsi ilə bağlı çağrışlar ediblər. Ancaq bütün bunlara baxmayaraq, səfər baş tutub. Ermənistan cəmiyyətinin görüşlə bağlı yeganə pozitiv gözləntiləri isə 10 noyabr bəyanatından sonra Azərbaycan ərazilərində tutulan Ermənistan əsgərlərinin azadlığa buraxılmasıdır. Ermənistan cəmiyyəti bunun nəyinsə qarşılığında baş verəcəyini anlasa da, ümidlidir ki, saxlanılab ermənilərlə də bağlı müsbət qərar olacaq.

Əliyev 10 noyabr bəyanatının şərtlərinin həyata keçirilməsini tələb etməlidir 

Azəebaycanda isə 10 noyabr bəyanatının bəzi şərtlərinin tam həyata keçməməsi ilə bağlı və Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar var. Müxalifət və vətəndaş cəmiyyəti İlham Əliyevi üçtərəfli görüşdə bu məsələləri qaldırmağa çağırıb.

Onlar düşünürlər ki, bəyanatın şərtlərinin icrasında yaranan boşluqlar çox ciddi fəsadlar verir, Rusiya sülhməramlıları isə öz işlərindən başqa hər işlə məşquldurlar. Əliyevdən gözlənti isə bu məsələləri qaldırıb, yoluna qoymasıdır.

Putin və Makronun danışığı

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub. Onlar bu gün Moskvada baş tutacaq Əliyev – Paşinyan görüşü ətrafında müzakirə aparıblar.

Kreml açıqlama verib ki, bu danışıq həm də görüşlə bağlı məsələlərin ATƏT-in Minisk qrupu çərçivəsində əlaqələndirilməsi üçündür.

Fransa prezidenti Rusiyanın Qarabağda sabitliyi qorumağa yönəlik cəhdlərini yüksək qiymətləndirdiyini bildirib və Qarabağda yaşayan ermənilər üçün humanitar yardımların vacibliyini də qeyd edib.