ABŞ-dakı Rusiya konsulluğunun telefon və internet xətləri kəsilib

Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun binasında telefon xəttləri kəsilib və internet verlişində fasilələr yaranıb. 

Bu barədə konsulluq özü məlumat yayıb.

Konsulluqda çalışan bir diplomat Sputnikə açıqlamasında bildirib ki, 18 yanvardan etibarən Amerika hökuməti konsulluğun binasına gələn telefon xəttlərini kəsib, interneti fasilələrlə verir.

Baş Konsulluqla əlaqə yaratmaq istəyən Rusiya vətəndaşlarının böyük çətinlik yaşadığını bildirən diplomat, qeyd edib ki, ABŞ tərəfi vəziyyətin texniki problemlərdən qaynaqlandığını deyib.

“Elə bil, iki gündür bunu həll edə bilmirlər. Belə bir problem heç vaxt yaşanmayıb. Konsulluqda bir telefon xətti yoxdur, bir neçə telefon xətti var. Hamısı birlikdə bağlanıb”, – deyə o, vurğulayıb.

Diplomat onu da bildirib ki, texniki işçilər bu məsələni həll etməyə çalışır.

Konsulluq binası 1994-cü ildə istismardadır.