ABŞ-ın yeni prezidenti Co Baydendən ermənipərəst siyasət gözləmək olarmı?

WILMINGTON, DELAWARE - NOVEMBER 16: U.S. President-elect Joe Biden delivers remarks about the U.S. economy during a press briefing at the Queen Theater on November 16, 2020 in Wilmington, Delaware. Mr. Biden and his advisors continue to work on the long term economic recovery plan his administration will try to put in place when he takes office. (Photo by Joe Raedle/Getty Images)

ABŞ-ın yeni seçilmiş, amma hələlik öz səlahiyyətlərini icra etməyən prezidenti Co Baydenin prezidentliyi dönəmində Qafqaza münasibətinin necə dəyişəcəyini hələlik çox adam bilmir. Amma artıq məlumdur ki, Baydenin ABŞ-dakı erməni lobbisi ilə yaxşı əlaqələri var və hətta indiyə kimi bir neçə ermənipərəst addımı da olub.

Belə ki, Baydenin seçki kampaniyası zamanı formalaşdırdığı komandasında iki erməni var. Onlardan biri Ceff Marutyandır. Marutyan Baydenlə birgə işləməzdən əvvəl İqlim Araşdırmaları Agentliyinin rəhbərinin köməkçisi olub. Baydenə yaxın olan digər erməni isə Ayk Hacınazaryandır. O Baydenin kampaniyasında aktiv iştirak edib və beləlikə Bayden dövründə Ağ evdə regional kommunikasiya məsələləri üzrə bölmənin rəhbəri olacaq.

Bayden bundan öncə hələ senator olanda ermənilərlə bağlı fərqli məsələlərdə dəstək bəyanatı verib, erməniləri müdafiə edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və Ayk Hacınazaryan.

Ancaq Amerikadakı Erməni Tədqiqat Mərkəzinin rəhbəri Suren Sarkisyan Sputnik Armeniyaya deyib ki, Baydenin prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində xüsusi dəyişikliklər gözləməyə dəyməz.

Sarkisyan deyir ki, Baydenin senatorluq dövründəki ermənipərəst bəyanatlarından ümüdlənmək əbəsdir. Çünki bu cür çıxışlar ABŞ senatorlarına xas bir şeydir və dövlət siyasətində elə də gözə görünmür.

“ABŞ-ın Cənubi Qafqaza və Ermənistana siyasətində dəqiqləşdirmələr olacaq. Ola bilər bu ölkə bizim ölkəyə münasibətlərinə də yenidən baxsın, amma bu siyasətin dəyişdirilməsi anlamına gəlmir” – deyə Sarkisyan bildirib.