Almaniya distant təhsilin əlçatımlı olması üçün kompüterlərin alınmasına 500 milyon dollar ayırdı

Almaniya hökuməti distant təhsili əlçatan etmək və səmərəliliyini artımaq üçün müəllimləri Noutbukla təmin etmək qərarına gəlib. Məlumata görə, proqram 500 milyon dollara başa gələcək.

Proqramla bağlı məlumat verən Almaniyanın Federal Təhsil Naziri Anja Karliczek deyib ki, hökumət məsafədən təhsili əlçatan etmək üçün belə bir addım atır və bu kontekstdə addımlar bu həftə atılacaq. Eyni zamanda, pul köçürmələri də bu həftə həyata keçiriləcək.

Proqram ötən ilin avqustunda müvafiq parlament komissiyasında qəbul edilmiş qərara əsaslanır. Bununla birlikdə, Almaniyada təhsillə bağlı federativ qərarları əyalət hökumətləri verir. Buna görə də sözügedən proqramın həyata keçməsi üçün 16 əyalətin imzası lazımdır.

Nazir gecikmələrə görə hökumətə ünvanlanan tənqidləri rədd edib və bildirib ki, qərar 19 noyabrda qəbul edilib, bir gün sonra da əyalət hökumətlərinə göndərilib.

Proqramın həyata keçməsinin məktəblər üçün yaxşı xəbər olduğunu deyən nazir əlavə edib ki, əyalətlər daha tez cavab versə və proqram daha tez həyata keçsə, sevinərdim. O bildirib ki, Almaniya təhsili artıq sürətlə elektronlaşmaya keçməlidir.

Koronavirus tədbirləri ilə əlaqədar Almaniyada məktəblər 14 fevrala kimi bağlı olacaq.