Almaniya «Nasist Almaniyası» dövründən qalan qanunları ləğv etmək üçün hərəkətə keçib

İkinci Dünya Müharibəsindən 75 il keçməsinə baxmayaraq, hələ də Almaniya konstitusiysında bəzi nasist qanunlar qalmaqdadır. Almaniya bu qanunlardan xilas olmaq üçün hərəkətə keçib.

Belə ki, Almaniya hökumətində antisemitizmlə mübarizə aparanlardan biri Feliks Klein Hitlerin hakimiyyəti dövründə tətbiq olunan və ya onların ifadələrini ehtiva edən 29 qanunun hələ də qaldığını bildirib.

Klein deyib ki, qanunlardan bəziləri çox açıq şəkildə yahudilər əleyhinə köklərə sahibdir.

«Bu problemi aradan qaldırmalıyıq»

Klein Almaniya Bundestaqındakı bir neçə partiyanın və Daxili İşlər Naziri Horst Seehoferin dəstəyi ilə sentyabr ayında cari müddət bitmədən bu problemi aradan qaldırmaq istədiklərini bildirib. Bununla bərabər, problemi kökündən həll etmək üçün ayrı-ayrılıqda qanunlara düzəliş olunacaq ya ümumilikdə vahid qanun qəbul olunacaq, bu bilinmir.

«Hələ də mövcudmuş kimi yazılıb»

Klein açıqlamasında adın dəyişdirmə hüququ kimi məsələləri də özündə ehtiva edən qanunun geri qalan hissəsinin Üçüncü Reyx (Nasist Almaniyası) hələ də mövcudmuş kimi yazıldığına diqqət çəkib: «Bu qanunda «Alman Reyxi «, «Reyx Höküməti» və «Reyx Daxili İşlər Naziri» kimi ifadələr hələ də istifadə olunur», — deyə o, bildirib.

Merkel bu fikrə açıqdır

2020-ci ilin iyun ayında kansler Angela Merkel bu fikrə açıq olduğunu bildirib.

İkinci Dünya müharibəsindən dörd il sonra qəbul edilən Almaniya Konstitusiyası nasist ideologiyasından kəskin şəkildə ayrılsa da, solçu siyasətçilərin reaksiyasına səbəb olub.