Araşdırma: Hər iki rusdan biri yeni ildə həyatının yaxşılaşacağına ümid edir

Arxiv

Rusiyada aparılan araşdırmaya görə, Rusların yüzdə 50-si 2020-ci ilə nisbətən bu il həyat səviyyələrinin yaxşılaşacağını düşünür.

Rusiya İctimai Rəy Mərkəzi (FOM) tərəfindən 18-20 dekabr tarixlərində 18 yaşdan yuxarı min nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, Rusiya xalqının yarısı keçən ilə nisbətən bu il həyatlarında müsbət inkişaflar gözləyir.

Araşdırmaya görə, rusların yüzdə 15-i maaşlarında və ya təqaüdlərində artımın olacağını, yüzdə 8-i yeni növ koronavirus (Covid-19) epidemiyasının sona çatacağını və bir bu qədər də iştirakçı yeni iş yerləri tapacağını düşünür.

Sosioloqlar bildirirlər ki, Rusların yüzdə 12-si və ya hər səkkizinci rus bu il həyatlarında mənfi dəyişikliklər gözləyir, lakin bu faiz 1994-cü illə müqayisədə üç dəfə azalıb.

Anketə görə mənfi gözləntilər arasında gəlirlərin azalması, iş yerlərinin itirilməsi və ya daha yüksək ödənişli iş tapmamaq kimi narahatlıqlar var.

Araşdırmanın nəticəsinə görə, Rusiya xalqının yüzdə 28-i bu il həyatlarında nə müsbət, nə də mənfi dəyişiklik gözləmir.

Əvvəlki məqaləTürkiyə NATO qüvvələrinin komandanlığını öz üzərinə götürüb
Növbəti məqalədəAzərbaycanda daha 421 nəfər koronavirusa yoluxub