Avropa Birliyi Navalnının həbsindən hiddətlənib: Rusiyaya yeni sanksiyalar qoyula bilər

Rus müxalif fəal Aleksey Navalni həbs edilərkən.

“Biabırçılıq” və “burnun ucundan o tərəfi görməmək”: Avropa Birliyində Aleksey Navalnının saxlanılmasına necə reaksiya verdilər ?

Aleksey Navalnının Almaniyadan Rusiyaya qayıdar-qayıtmaz həbs edilməsi Avropada Birliyində narazıçılıq dalğasına səbəb oldu. Brüsseldə yenidən sanksiyaların ciddiləşməsindən və “Şimal axını-2″dən danışmağa başladılar.

Avropa Birliyi rəhbərliyi müxalifətin lideri Aleksey Navalnının həbsinə ildırım surəti ilə reaksiya verdi. Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell artıq 17 dekabr günün gecəsi Navalnının dərhal azadlığa buraxılmasına çağırış etdi.

Navalnın saxlanılması barədə rəsmi Avropa Birliyi

Xarici siyasətini 27 üzv dövlətin hamısı birlikdə müəyyən edən Avropa Birliyinə daha çox zaman lazım oldu.

“Avropa Birliyi rusiyalı müxalif siyasətçi Aleksey Navalnının 17 yanvar tarixində Maskvaya qayıtdıqdan sonra həbs olunmasını pisləyir və onun dərhal azad edilməsinə çağırır. Məhkəmənin siyasiləşməsinə imkan vermək olmaz və cənab Navalnının hüququları təmin edilməlidir” – Borrell artıq bu dəfə bütün AB adından çıxış edir.

AB həmçinin Navalnının Berlindən qayıdışını işıqlandıran jurnalistlərin və Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi və rəhbərini qarşılamaq üçün aeroporta gələn Rusiya Federasiyası vətəndaşlarının azad edilməsinin də vacibliyini qeyd edib.

“Avropa Birliyi hadisələrin inkişafını diqqətlə izləyəcək və bundan dəyişiklikləri diqqət mərkəzində saxlayacaq və Rusiya ilə olan münasibətlərini formalaşdıracaq” – Borrell 2020-ci ilin avqustunda Rusiya Federasiyasında “Noviçok” ailəsinə aid hərbi məqsədlər üçün nəzərdə tutulmuş zəhərlə suiqəsd cəhdini şəffaf araşdırılmasına da növbəti dəfə çağırış edib.

“Rus dilində  “безобразие” (eybəcərlik) deyilən söz var” – “Avropanı yeniləyək” liberal fraksiyasının Finlandiyalı avrodeputatı Nils Turvalds hadisəni şərh edərkən bildirib.

“Eyni zamanda qeyd etməliyəm ki, mən buna təəcüblənmədim. Putin sistemi üçün bu qeyri-adi davranış deyil” deyə deputat fikrinə əlavə edib.

Siyasətçi DV-yə açıqlamasında deyib ki, Navalnıya münasibət mümkün olduğu qədər sərt olacaq, bu, çox kədərli hadisədir.

Avropa Parlamentinin Rusiya ilə əməkdaşlıq deleqasiyasının üzvü olan Turvalds bildirib ki, Rusiya hakimiyyətinin davranışı demək olar ki, bütün fraksiyaların hiddətinə səbəb olub.

Avropa Parlamentinin Navalnının həbsi mövzüsundə təcili dinləmələrin keçirilməsi qərarının bu qədər sürətlə verilməsi bunun nəticəsidir. Bunun üçün müvafiq ərizəni polşalı deputat Andrzej Halicki hələ Navalnının qayıdışı günü, 17 yanvarda təqdim etmişdi. Növbəti gün ərizə dəstəkləndi və yanvar 19-u dinləmələr təşkil olunacaq.

Navalnının saxlanılması və həbsi “Yaşıllar fraksiyası”nın alman deputatı  Sergey Laqodinski üçün də təəcüblü olmayıb. Jurnalistlə söhbətində o Rusiya Federasiyası rəhbərliyinin bu cür davranışlarını “elə də müdrik olmayan” kimi qiymətləndirib.

“Hakimiyyət həyəcanlanır və rasional olmayan qərarlar qəbul edir. Bu qərarlar güc nümayişi olmalıdır lakin Navalnının həbsi ətrafında yaranmış ajiotaj onu göstərir ki hakimiyyətin planları elə də uzaqgörən deyil. Rusiya rəhbərliyi yaxşı və maraqlı bir siyasətçidən lider yaratmaq üçün əlindən gələni edir. ” – deyə Laqodinski fikrini yekunlaşdırıb.

Navalnının həbsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcəkmi?

Navalnının həbsindən dərhal sonra Baltikyanı ölkələr müxalif liderin azad edilməyəcəyi tədqirdə Rusiyaya yeni sanksiyaların tətbiq edilməsinə çağırış edib.

DV-ya müsahibə verən deputatların hamısı bu təklifi dəstəklədiklərini bildirdilər. Tuvalds bildirib ki, Brüssel sanksiyaların daha  effektiv olmasını təmin etmək üçün sanksiya siyahısına kimlərin adlarının daxil etməyin lazım olduğunu yaxşı düşünməlidir. Laqodinski isə bunu “tez və effektiv” etməyin gərəkliliyini bildirdi.

Navalnının “Naviçok” ilə zəhərlənməsinə görə sanksiyaları AB hələ oktyabrda tətbiq edib. Lakin Brüssel çətin ki bu sanksiyaları indi Navalnının işini aparan hakimlərə və prokurorlara da tətbiq edə bilsin. Məsələ bundadır ki, sanksiyalar məhz zəhərlənmə hadisəsinə görə tərtib edilmişdir. Ümumiyyətlə isə dekabr ayından Avropa Birliyinin insan haqları pozuntusuna görə sanksiya rejimi adlandıran yeni instrumenti var. Hələ ki o praktikada tətbiq edilməyib. Tuvalds hesab edir ki, Navalnının təqibi bu instrumentdən ilk dəfə istifadə etmək üçün tutarlı səbəbdir – “Əgər ondu indi tətbiq etməsək, nə zaman tətbiq edəcəyik?!”

Navalnının həbsi və “Şimal axını-2”

Lagadonsky hesab edir ki bu cür sanksiyalar AB-nin reaksiyasının əsas elementi olmamalıdır.

“Ən vacib olan, hadisənin bizim hazırki rejimlə, Rusiya Federasiyası ilə olan münasibətlər üçün nə demək olduğuna strateji olaraq qərar verməkdir” – Almaniyadan olan deputat izah edir ki, bununla o, əsas olaraq iqtisadi münasibətləri, “zaman zaman maraq mərkəzinə gələn və sonra itən həmən bədbəxt “Şimal axını -2″ni nəzərdə tutur.

Rusiyanın Navalnı ilə rəftarı səbəbindən “Şimal axını-2” nin dayandırılması mümkündürmü?  Laqodinski bu suala belə cavab verir: “AB daxilində siyasi həmrəylik prinsipinə cavab verən hər şey mümkündür. Bu sadəcə siyasi iradə və bunun bizə nəyə mail olacağı məsələsidir. Avropa Birliyinin fikrinə tüpürülən bir situasiyada təsir rıçaqlarından istifadə etmək lazımdır. Hansı təsir rıçaqları? “Şimal axını-2” əlimizdə olan rıçaqlardan biridir. Tuvalds Baltik dənizinin dibi ilə çəkilən qaz kəmərinin inşasının dayandırılıb-dayandırılmayacağı ilə bağlı proqnoz verməkdən çəkinsə də bu variantın “mütləq müzakirə ediləcəyini” bildirdi.

Avropada əmindirlər ki, Navalnını sındırmaq mümkün olmayacaq

AB siyasətçiləri hesab edir ki, həbs qərarı Korrupsiyaya qarşı Mübarizə Fondunun öz fəaliyyətini dayandırmasına məcbur edə bilməyəcək.

Avropa Şurasının keçmiş rəhbəri indi isə Avropa Xalq Partiyasının həmsədri Donald Tusk öz tvitter hesabından yazır: “Onlar Navalnını zəhərləməklə sındıra bilmədilər, zindanla da sındıra bilməyəcəklər. Qoy bizim həmrəkliyimiz onun gücünə çevrilsin”.

Laqodinski də onunla razılaşır: “Əgər “Naviçok” Navalnını susdura bilmədisə və o heç nəyə baxmayaraq vətənə qayıtdısa, inanmıram bundan sonra nəsə onu susdura bilsin.”

Polşalı siyasətçi eyni zamanda rusiyalı müxalifətçinin həyatı üçün narahat olduğunu bildirib. O qeyd edib ki, əgər Rusiya hakimiyyəti bir dəfə Navalnıdan canını qurtarmağa cəhd edibsə, bunu həbsxana şəraitində təkrar etməyə onlara heç nə mane olmayacaq.