Ayətullah Seyid Əli Xamneyi İranın Amerika və İngiltərədən peyvənd almasını qadağan edib

Amerikanın və İngiltərənin koronavirusla mübarizəsini yenidən tənqid edən İranın dini lideri Ayətullah Seyid Əli Xamneyi bildirib ki, əgər peyvənd hazırlamağı bacarsaydılar, ölkələrində koronavirusla bağlı belə dəhşətli mənzərə yaranmazdı. 

Yeni növ koronavirusa bir milyondan çox yoluxma olan İranda dini lider Ayətullah Əli Xamenei ABŞ və İngiltərədən peyvəndlərin alınmasını qadağan edib.

Televiziyada canlı yayımlanan çıxışında Xamenei “ABŞ və İngiltərə peyvəndlərinin ölkəyə gətirilməsi qadağandır. Səlahiyyətlilərə tapşırıq vermişəm, buradan da hər kəsə deyirəm”, – deyə bildirib.

ABŞ, İngiltərə, AB ölkələri və Kanada kimi varlı ölkələrdə peyvəndlənmə artıq başlayıb. Peyvəndin kasıb ölkələr üçün də əlçatan olub-olmayacağı hələ də sual doğurur. Dünya Səhiyyə Təşkilatı (ÜST) son açıqlamasında yoxsul ölkələrin ilk dozaları yanvar ayının sonu və fevral ayının ortalarında almağa başlaya biləcəyini bildirib.

ÜST Covid-19 peyvəndlərini Qlobal Çatdırılma Proqramı (COVAX) çərçivəsində yoxsul ölkələrə çatdırmağı hədəfləyir.

Əvvəlki məqaləLukaşenko: “Tramp haqlıdır, amma etdiyi düz deyil. İnsanların ölməsi çox pisdir”
Növbəti məqalədəS. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz”