Bayden 7 min dollarlıq saatına görə tənqid olunub

ABŞ prezidenti Co Bayden yerli istehsala önəm verilməli olduğunu açıqladığı dönəmdə qolundakı 7 min dollarlıq (12 min manata yaxın) İsveçrə istehsalı olan Rolex Datejust saatı səbəbindən tənqidə məruz qalıb.

Yerli istehsal vədi ilə əlaqədar yerli istehsala marağı artırmaq üçün təklif olunan paket gündəmdə olduğu bir vaxtda Co Baydenin bahalı saatı müzakirələrə səbəb olub.

Nyu York Tayms qəzetinin verdiyi məlumata görə, əvvəlki prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama daha ucuz saatlara üstünlük veriblər. Bununla belə, Baydendən öncəki prezident Donald Tramp da tez-tez xarici markaların bahalı qol saatları ilə görünüb.

Bir neçə bahalı saat

Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald Tramp vaxtına əsasən kvadrat formalı, korpusu qızıldan, qara dəri kəmərli “Vacheron Constantin Historiques” saatı ilə nəzarət edir. Bu saatın qiyməti 6 min ABŞ dollarıdır.

Bununla yanaşı, prezidentin əlavə olaraq bir neçə saatı da var. Onların arasında ən çox maraq doğuran isə sabiq prezident Reyqanın saatıdır ki, Tramp bu saatı hərracdan 7 min dollara alıb.