Birləşmiş Ərəb Əmirlikləri və İsrail vizasız gediş-gəliş haqda razılığa gəliblər

İsrail və BƏƏ pasportları.

Birləşmiş Ərəb Əmirlikləri İsrail vətəndaşlarının ölkəyə vizasız girməsi ilə bağlı qərarı qəbul edib. İsrail və BƏƏ 20 oktyabrda vizaların qarşılıqlı aradan qaldırılması ilə bağlı müqavilə imzalamışdı. Beləliklə, sənədə görə həm də BƏƏ vətəndaşları İsrailə vizasız daxil olan ilk ərəb ölkəsi vətəndaşları olacaqlar.

Birləşmiş Ərəb Əmirliklərinin də İsrail vətəndaşları üçün viza azadlığı verdiyi bildirilib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açılamada qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri viza müqaviləsinin BƏƏ tərəfindən təsdiqlənmiş sürətini İsrailə təqdim edib.

Açıqlamaya görə, müqavilə 30 günə qüvvəyə minəcək və İsrail vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə vizası gedə biləcəklər.

Eyni zamanda, razılaşmasının qüvvəyə minməsi ilə BƏƏ vətəndaşları İsrailə girən ilk ərəb ölkəsi vətəndaşı olacaqlar.

Münasibətlərin normallaşmasına dair müqavilə

İsrail 15 sentyabrda Ağ Evdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyinlə münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalayıb.

İsrail və BƏƏ 20 oktyabrda qarşılıqlı viza azadlığına dair müqavilə imzalaması ilə birlikdə, İsrail artıq 22 noyabrda Birləşmiş Ərəb Əmirlikləri Vətəndaşlarının ölkəyə girişinə icazə verən sənədi təsdiqləyib.