Erməni tərəfi 64 erməni əsirinin Azərbaycada həbsdə olduğunu deyir

Azərbaycanlılar tərəfindən Hadrut ətrafında əsir götürülən erməni əsgərləri.

Atəşkəs rejimi tətbiq olunandan sonra Qarabağda 64 erməni hərbçisi və bir neçə dinc sakin əsir götürülərlək Azərbaycan həbsxanalarına salınıb. Bu haqda tanınmamış Dağlıq Qarabağ respublikasının prezident aparatının rəhnəri Artak Beqlaryan öz Twitter hesabında yazıb.

O bildirib ki, müharibə vaxtı da Azərbaycan çoxlu sayda erməni əsirini həbs edib, amma onlar haqda demək olar ki, məlumat almaq olmur.

Qeyd edək ki, Avropa məhkəməsində erməni hərbi əsirlərinin vəkili olan Siranuş Saakyan bundan öncə Azərbaycanda 120 erməni hərbi əsirinin saxlandığını bildirirdi. Onun sözlərinə görə həbs olunanlardan 62 nəfərə qarşı “terrorizm” maddəsi ilə cinayət işi qaldırılıb.