Ermənistan rəsmisi: “44 günlük müharibədə Ermənistan 4500 nəfər itki verib”

İkinci Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərinin məzarlığı.

İkinci Qarabağ müharibəsi vaxtı erməni tərəfinin canlı qüvvədə itkiləri 4500 ölən və itkin düşən olub.

5.000 nəfər birinci qrup əlil və 6.000 nəfər isə ikinci qrup əlil olmuşdur. Bu barədə Ermənistan Hərbi Sığorta Fondunun üzvü Mesrop Manukyan Yanvarın 12-də öz Facebook səhifəsində yazib.

Ermənilərin məhv edilmiş hərbi texnikanın qiyməti 2 milyard dollar təşkil edir, Zod (Söyüdlyü) qızıl yatağının itkisi isə 8 milyard dollar olaraq qiymətləndirilir, o bildirib.