Ermənistanın keçmiş baş naziri: “Ölkədə iqtisadi vəziyyət görünməmiş dərəcədə pisdir”

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan.

Ermənistanın büdcə gəlirləri 16 faiz azalıb, ümumi daxili məhsulun isə azalması 15 faizdən az deyil. Bu haqda bu gün öz facebook səhifəsində Ermənistanın keçmiş baş naziri, iqtisadçı Qrant Baqratyan öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə 2020-ci ildə Ermənistan büdcəsinin gəlirləri hökümət tərəfindən 1602 milyard dram göstərilir, halbuki ilin 11 ayında bu rəqəm 1244 milyard dram olub, 2020-ci ilin sonun isə maksimum gəlir 1360 milyard dramdır. Bu o deməkdir ki, hökümət görünməmiş bir addım ataraq “Hayastan” fonundadakı pulları xərcləyib.

Baqratyan qeyd edib ki Ermənistanın sosial-iqtisadi problemləri müəyyən dərəcədə gözardı edilir. Rəsmi rəqəmlərə görə 2020-ci ildə ölkədə ÜDM 7,2 daiz, tikinti sahəsində geriləmə 11,2 faiz, ticarətdə geriləmə 13,% faiz, xidmət sahəsində geriləmə isə 13,6 faiz olub. Rəsmi rəqəmlərə görə bu özü də çox pisdir, amma bizim analizmizlə ortaya çıxan qeyri-rəsmi rəqəmlərə isə ölkədə iqtisadi vəziyyət görünməmiş dərəcədə pisdir.

Baqratyan keçən il ölkədə ixracın 5,2 faiz, idxalın isə 16 faiz aşağı endiyini, qiymətlərin isə 1 faiz qalxdığını deyib. Buna baxmayaraq aylıq orta əməkhaqqı 4,2 faiz yüksəlib. Bütün bunlar elə də ümüdverici rəqəmlər deyil.

Keçmiş nazir və iqtisadçı ekspertin fikrincə ölkənin statistika komitəsi rəqəmləri saxtalaşdırır, bəzi iqtisadi göstəricilər isə ola bilsin daha böyük azalmaya məruz qalıb.