Estoniyanın baş naziri partiyasındakı korrupsiya iddialarına görə istefa verib

Estoniyanın baş naziri Yuri Ratas.

Estoniyanın baş naziri iqtidardakı Mərkəzçi partiyanın (hökümət koalisiyasına daxil olan üç partiyadan biri) rəhbərlərindən biri Yuri Ratas istefa verdiyini açıqlayıb. Bu qərarı o partiyası ilə bağlı korrupsiya iddiaları yayıldıqdan sonra verib. Baş nazir istefa açıqlamasını ‘Facebook’ sosial şəbəkəsindən yayıb.

“Siyasətdə çətin vəziyyətlərdən çıxmaq üçün bəzən çətin seçimlər etmək lazım gəlir. Bu gün öz dəyərlərimə uyğun olaraq Estoniya Respublikasının baş naziri vəzifəsindən getməyə qərar verdim. Bu qərarı Mərkəzçi partiya fraksiyasının rəhbərləri və yaxın əməkdaşlarımla məsləhətləşmədən sonra verilib. Fərqli qərarlar verilə bilərdir, ancaq onlardan yalnız biri doğrudur” – deyə Ratas bildirib.

O həmçinin açıqlamasında bildiri ki, baş prokuror və baş polis idarəsinin rəisi ilə görüşüb, hər ikisi bildirib ki, onunla bağlı geç bir korrupsiya şübhələri yoxdur.

Bundan əvvəl biznesmen Hillar Teder və Estoniyanın Mərkəzçi partiyasının baş katibi Mixail Korbun keçən il yerli seçkilərdən öncə partiyaya iki dəfə 30 min avro yardım etdiyi ortaya çıxmışdı.

Teder buna addımına görə Estoniyanın İqtisadiyyat Nazirliyinə bağlı olan ‘KredEx’ kredit təşkilatından 40 milyon avro kredit almışdı. Polis bu işə görə 4 nəfəri həbs etmiş və mətbuat aylardır mövzunu gündəmdə saxlamışdı.