Gürcüstan Avropa məhkəməsində rus işğalını təsdiqlətdi

Rusiya ordusu Gürcüstana soxulur. 2008-ci il.

Gürcüstan 10 ildən çoxdur ki Avropa İnsan Haqqları Məhkəməsində Rusiya ilə məhkəmə işinin qərarını gözləyirdi. Yanvarın 21-də məhkəmə Rusiyanın 2008-ci ilin avqustunda Cənubi Osetiyada Gürcüstanın ərazisinə hücumu və işğalı ilə bağlı qərar çıxarıb.

Məhkəmə hərbi əməliyyatların aktiv fazası (2008-ci ilin 8-12 avqustu) və aktiv faza bitəndən sonra baş verən digər hadisələr olaraq münaqişə dövrünü iki hissəyə bölüb.

İclasda tərəflər dinlənilib və çolu sənədlər öyrənilib, həmçinin beynəlxalq hökümət və qeyri-hökümət təşkilatlarının rəyləri dinlənilib. Ümumilikdə məhkəmədə 33 şahid dinlənilib.

Beləliklə Avropa İnsan Haqqları məhkəməsinin Böyük palatası qərara alıb ki:

– Hərbi əməliyyatların aktiv fazası (8-12 avqust, 2008) Konvensiyanın 1-ci maddəsinə (insan hüquqlarına hörmət öhdəliyi) görə Rusiyanın yuridiksiyasına daxil deyil. Yəni Rusiya buna görə cavabdehlik daşımır.

– Hərbi əməliyyatlar bitəndən sonrakı hadisələr (12 avqust 2008-ci ildə atəşkəs qərarından sonra) Rusiyanın yuridiksiyasına daxildir. Bu ərəfədə Rusiya Gürcüstan vətəndaşlarına qarşı bir çox qanunsuzluqlar törədib.

– Müharibə dövründə 160 gürcü vətəndaşı əsir götürülüb, həbs olunub və onlara qarşı qeyri-insani rəftar göstərilib.

– 2018-ci ilin 8-17 avqust günlərində Çxinvalidə cənubi osetiya qüvvələri tərəfindən həbs olunan hərbi əsirlərnə görə Rusiya höküməti cavabdehdir.

– Gürcü hərbi əsirlərinə qarşı işgəncələr və şəxsiyyətlərini alçaldan hərəkətlərə yol verilib.

– Cənubi Osetiyaya qayıtmaq istəyən Gürcüstan vətəndaşlarının oraya buraxılmamasına görə Rusiya qanunla cavabdehdir.

– Münaqişə nəticəsində Gürcüstan vətəndaşlarının öz ölkələrində sərbəst hərəkət etmək azadlıqları və öz evlərinə qayıtmaq haqqları ələrindən alınıb.