Gürcüstan öz ərazilərinin işğalına görə Rusiyanı Avropa məhkəməsinə verib

Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasında yanvarın 21-də “Gürcüstan Rusiyaya qarşı” başlığı altında məhkəmə işinə baxılacaq. Bu haqda Avropa Məhkəməsinin rəsmi saytında məlumat dərc edilib.

Beynəxalq Məhkmənin açıqlamasında deyilir ki, şikayət Gürcüstan tərəfindən 2008-ci ilin avqustunda Rusiya ordusunun Gürcüstan torpaqlarında silahlı münaqişədə iştirak etməsinə görə verilib.

“Gürüstan iddia edir ki, Rusiya Federasiyası onun ərazsinə təkbaşına və qeyri-proporsiyonal hücum gerçəkləşdirib. Hücum rus ordusu və onun nəzarətində lan separatçı qüvvələrin iştirakı ilə baş verib və nəticədə gürcü vətəndaşlarının yaşamaq hüququ pozulub, onlar işgəncəyə və qeyri insani rəftara məruz qalıblar, şəxsi azadlıqlarını və toxunulmazlıqlarını itiriblər, şəxsi əmlakları və ailə həyatlarını itiriblər”.

Şikayət Avropa Məhkəməsinə 2008-ci ilin 11 avqustunda təqdim edilib. 2016-cı ildə məhkəmə şahidlər və ekspertlərdən faktları əldə edib, dinləmələr isə 2018-ci ilin 23 mayında baş tutub.