Həbsindən sonra Navalnıya yardımlar artıb, son 5 ildə Bitcoinlə 34 milyon manat

Rusiya prezdidenti Vladimir Putinlə əsas rəqibi Aleksey Navalnı arasında olan mübarizə Navalnın həbs olunması qərarı ilə daha da gərginləşib. Rəsmi Moskvanın sərt təqiblərini görən Navalnıya kriptovalyuta ianələri sürətlə artıb.

Rusiyada Bitcoin ianələrində uğurlu şəxs kimi qəbul edilən Navalnıya son 5 ildə 657 BTC (34 milyon 650 min manat) ianə edilib. Navalnının ötən həftə tutulması və komandasının Putinə aid olan sarayı ifşa etməsindən sonra Navalnıya olan Bitcoin ianələri sürətlə artıb.

“Coindesk”-in məlumatına görə, Navalnın son həbsindən bu yana ona 3.7 BTC ianə edilib ki, bu da Azərbaycan pulu ilə 198 min 660 manat edir.

Rusiya daxilində Navalnı ilə bağlı könüllülük fəaliyyətlərini kordinasiya edən Leonid Volkov bildirib ki, istər yerli valyuta ilə edilən yardımlar, istərsə də kriptovalyuta üzərindən edilən yardımlar Navalnın son araşdırmasından və həbsindən sonra artıb.

“Böyük məbləğdə yardım tamamən Bitcoin üzərindən olub və bu yardım mühacirətdə olan, eyni zamanda Navalnının dostu olan rus milyonçu Yevgeni Çiçvarkin tərəfindən edilib.