İran tarixində ən böyük döyüş gəmisini təqdim edib

İranın təyyarədaşıyan döyüş gəmisi.

İran ölkənin donanma tarixindəki ən böyük döyüş gəmisi olaraq qəbul edilən “Makran” helikopter gəmisi də daxil olmaqla iki yeni döyüş gəmisini təqdim edib.

İran Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, ölkənin şərqindəki Makran bölgəsinin adını daşıyan helikopter gəmisi donanmanın uzaq dəniz bölgəsində, xüsusən Hind okeanının şimalında Babülmendepdə və Qırmızı dənizdəki əməliyyatlara dəstək vermək üçün hazırlanıb.

Gəminin 6 helikopter, sürətli qayıqlar və hərbi dəniz qüvvələrinin heyətini daşıya bilmə qabiliyyətinə sahib olduğu qeyd edilib.

İran Hərbi Dəniz Qüvvələrinin təqdim etdiyi ikinci gəmi “Zireh” adlı raket korveti olub.

Hər iki gəmi rəsmi olaraq ordu inventarına təhvil veriləcək və İran Hərbi Dəniz Qüvvələrinin Oman Körfəzindəki iki günlük təlimlərində iştirak edəcək.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyin Hanzadə bu növdə yeni gəmilərin də yaxın zamanlarda ordu arsenalına qatılacağını bildirib.