İsrail artıq əhalisinin 25 faizini koronavirusa qarşı peyvəndlədiyini elan edib

İsraildə koronavirusa qarşı peyvəndləmə.

İsrailin səhiyyə naziri Culia Edelştaynın açıqlamasına görə yanvarın 25-də artıq ölkə boyu koronavirusa qarşı peyvənd olunanların sayı 2 milyon 590 min nəfərə yüksəlib. Beləcə ölkə əhalisinin 25 faizindən çoxu peyvəndlənib. 60 yaşından yuxarı insanların 80 faizindən çoxunun peyvəndləndiyi deyilir. Bir milyondan çox israilli isə ikinci doza peyvəndi vurdurmağa hazırlaşır. Bütün bu rəqəmlərlə dünyada İsrailin vətəndaşlarını ən sürətli peyvəndləyən ölkəyə çevrilib. İsrail prezidenti Benyamin Netanyahu bu vəziyyəti qeyd edərək tez-tez “biz dünyada birinciyik, ən yaxşıyıq, ən sürətliyik” deyir.

Digər tərəfdən fələstinlilərin nə zaman peyvənd olunacağı hələlik məlum deyil. Fələstin höküməti keçən həftə Fələstin höküməti Rusiyadan 5 min doza peyvənd gələcəyini açıqlamışdı, İsrail isə peyvəndlərin Fələstinə keçidinə imkan vermişdi. Ölkəyə gələn peyvəndlərlə fələstinli tibb işçilərinin peyvəndlənəcəkləri deyilir.

Beynəlxalq Əvf Təşkilatı Amnesty İnternational isə İsrail hökümətinə çağırış edərək İordan çayının qərb sahillərində və Qüds zolağında yaşayan 5 milyon 100 min nəfərlik fələstinliyə də “ədalətli və bərabər şəkildə” koronavirus əleyhinə peyvəndlərin paylanılmasını istəyib. Açıqlamada həmçinin o qeyd edilib ki, əks təqdirdə İsrail Cenevrə Konvensiyasını pozmuş olacaq. Çünki konvensiyaya görə işğalçı güclər yerli xalqın səhiyyə xidmətlərindən istifadə etməsi üçün yerli səhiyyə qurumları ilə əməkdaşlıq etməlidir.