İsraildə 400 min insan yanlışlıqla karantinə alınıb

İsrail Ali Məhkəməsi Şin Betin arayışı ilə karantinə alınan 600 min şəxsin karantin qərarının ləğvi üçün Səhiyyə Nazirliyinə müraciət etdiyini açıqlayıb. Məhkəmə bunu onunla əlaqələndirib ki, karantinə alınanların 60%-də virus aşkarlanmayıb.

İsrail Daxili Kəşfiyyəat İdarəsinin (Şin Bet) mobil telefonları izləməklə aşkar etdiyi koronavirus xəstələrinin əksəriyyəti yanlış müəyyən edilib. Belə ki, 400 min insan yanlışlıqla karantinə alınıb.

İsrailin Haaretz qəzetinin verdiyi xəbərər görə, insanları izləmə hüququ verən qanunun müzakirəsində hakim Anat Baron qanunun qəddarcasına olduğunu bildirib.

Digər hakim Isaac Amit isə bu qanunun xüsusi xidmət orqanlarına insanları yalnız təhlükəyə açıq olduqda izləmək hüququ verdiyini bildirib.

Sonda hakim Şin Betin arayışı ilə karantinə alınan 600 min şəxsin karantin qərarının ləğvi üçün Səhiyyə Nazirliyinə müraciət edib və bildirib ki, karantinə alınanların 60%-də virus aşkarlanmayıb.