Jirnovski: «Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyirdi»

İki il əvvəl Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana haqda «dostumdur» deyən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu günlərdə Rusiya dövlət televiziyasının Rossiya-1 proqramında canlı yayımda olarkən, Ərdoğanla dost olmadığını bildirib.

Belə ki, məşhur rusiyalı jurnalist Solovyovun suallarını cavablandıran Jirnovski Türkiyənin son addımlarını bəyənmədiyini bildirib. Bu zaman Solovyov ona iki il əvvəlki açıqlamasını xatırladaraq, Ərdoğan sizin dostunuzdur deyib. Jirnovski isə bunu təkzib edib: «Nə dost? Sadecə müəyyən mərhələlərdə birlikdə hərəkət edə bilərik, ancaq dost deyil», — deyə cavab verib.

Solovyovun «Ərdoğan sizə NATO-dan çıxmağa hazır olduğunu demişdi» xatırlatmasından sonra Jirnovski cavabında deyib ki, bəli, hazır idi. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyirdi.

Andiçmə mərasimi

Jirnovski 2018-ci ilin iyul ayında Ərdoğana çox hörmət bəslədiyini bildirib, «Ərdoğan mənim dostumdur» demişdi.

O, Ərdoğanın andiçmə mərasiminə qatılmaqdan çox şad olduğunu bildirib demişdi ki, Ərdoğan mənim dostumdur, o, andiçməyə məni şəxsən dəvət edib. Orada ancaq dövlət rəhbərləri var idi, ancaq Ərdoğan məni xüsusi bir lider kimi dəvət etmişdi. Mərasimdə Ərdoğanla müzakirəmiz də oldu. Ərdoğan bizə əlini uzadıb, Türkiyə ilə münasibətləri gücləndirməliyik, niyə susuruq?