Karantin müddətində Türkiyədə qadınların 43%-i şiddətə məruz qalıb

Türkiyənin Sabancı Universiteti pandemiya dövründə qadın hüquqlarının pozuntusuna yönəlik addımların artdığını açıqlayan hesabat hazırlayıb.

Hesabata görə pandemiyayla birlikdə şiddət, gender bərabərliyinin pozulması halları və bu sahədə müdafiyəyə ehtiyac azalmayıb, əksinə, pandemiyanın yaratdığı real vəziyyət bu ehtiyacları arıtırıb.

243 milyon qadın zorakılığa məruz qalıb

Birləşmiş Millətlər Təşkilatının Qadınlar Birliyi tərəfindən 2020-ci ilin mayında yayımlanan hesabata görə, 2019-2020-ci illərdə karantin tətbiq edilən ölkələrdə təxminən 243 milyon qadın zorakılığa məruz qalıb. Pandemiyanın yaradacağı təhlükəsizlik və iqtisadi problemlərlə bağlı bu rəqəmin artacağı gözlənilir.

Türkiyədə qadınların 43%-i şiddətə məruz qalıb

Türkiyədə fəaliyyət gösrətən Siyasi Araşdırma Mərkəzinin 28 şəhərdə 1843 qadın arasında apardığı sorğuya görə, Türkiyədə pandemiya dövründə qadına yönəlik şiddət halları 27,8% artıb. Qadınların 43%-i karantin dövründə şiddətə məruz qaldığını bildirib.

Araşdırmaya görə, qadınların 19,3%- uşaqlarının da şiddətə məruz qaldığını bildirib.

İştirakçıların 45,9-u karantin müddətində uşaqlara və qadınlara qarşı şiddət başladığını bildirib. Aprel-sentyabr ayları arasındakı altı aylıq dövrdə 140 qadın öldürülüb, 51 qadın təcavüzə məruz qalıb, 84 qadın istismar edilib, 445 qadın isə ümumilikdə zorakılığa məruz qalıb.