Lukaşenko: “Tramp haqlıdır, amma etdiyi düz deyil. İnsanların ölməsi çox pisdir”

Hazırkı prezident Donald Trampın tərəfdarlarının Amerika konqresinə hücumundan sonra Belarusun mübahisəli prezidenti Aleksandır Lukaşenko məsələ ilə bağlı fikirlərini bildirib.

Belarusun prezidenti Milad bayramı ilə əlaqədar Pravoslav Xristianların kiısəsinə ziyarət edən zaman konqres binasında baş verən hadisələr haqqında açıqlamalar verib: “Dünyada demokratiyanın beşiyi kimi tanınan Amerikada belə bir hadisənin ba. verəcəyi kimin ağlına gələrdir?”, – deyə o, sual edib.

Lukaşenko düşünür ki, Tramp bu məsələdə haqlıdır, ancaq etdiklləru düzgün deyil.

Onun fikrincə bu addımlar çox radikaldır.

“Onlar özünü demokratiyanın beşiyi hesab edirdilər. Demokratiyanın beşiyi olan ölkədə konqres binasına hücum olacağı kimin ağlına gələrdi? Heç kimin. Ancaq Tramp bu məsələdə haqlıdır. Təbii ki, mən baş verənləri pis bir şey hesab edirəm. Hücumların təşkil olunması, insanların öldürülməsi çox pisdir”, – deyə Belarus prezidenti bildirib.

Bu kontekstdə Belarusda da insanların özünə gəlməsinə və sakitləşməsinə çağırıb.

“Bunu burada olan insanlara demirəm, bu günlərdə hər həftə sonu Minsk küçələrinə enən kiçik qrupa deyirəm: sizə xəbərdarlıq etdim, etirazçıların küçələrdə gəzməsi pis olacaq, məhəllələrə girmələri daha da pis olacaq, evlərinizə girmələri dözülməz olacaq. Buna icazə verə bilmərik. Sizdən istədiyim məni başa düşməyinizdir və dərhal qınamamağınızdır. Mən sülhpərvər insanam, amma heç kimin bura gəlib bu məbədi dağıtmasına icazə verə bilmərəm”, -deyə Belarus prezidenti Aleksandır Lukaşenko bildirib.