Məhkəmə Oktay Güləliyevi maşınla vuran şəxsə hökm oxuyub

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsinin törədilməsində ittiham olunan Kənan Abdullayevi cəzasını məntəqə tipli koloniyada çəkməklə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Belə ki, həmin qəza zamanı hüquq nüdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır ziyan dəyib.

Məhkəmə onu CM-in 263.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) üzrə təqsirli bilib. Bundan əlavə, K.Abdullayev üç il ərzində avtomobil idarə etmək hüququndan məhrum edilib. Qeyd edək ki, bu maddə üzrə maksimum cəza 3 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib ki, fəal hələ də komadadır, bunun səbəbi vaxtında tibbi yardımın göstərilməməsi və onun keyfiyyətinin aşağı olmasıdır.

Ötən həftə Gülalıyevlər ailəsinin təkidli xahişlərindən sonra Baş Prokurorluq həkimlərin hərəkətləri ilə bağlı yeni istintaq təyin edib.

29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində O.Gülalıyev kəllə- beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyin qanaxması artıb. Daha sonra Heydər əliyev Fondunun göstərişi ilə O.Gülalıyevi Türkiyəyə aparıblar və orada bir neçə əməliyyat edilib. Müsbət dinamikaya baxmayaraq, huşu hələ də yerinə gəlməyib.