Meleniya Tramp Ağ Evdən çıxmazdan öncə son dəfə amerikalılara müraciət edib

Melaniya Tramp Ağ Evdən çıxmazdan bir neçə saat əvvəl amerikalılara əlvida müraciəti edib.

Meleniya Tramp Donald Tramp tərəfdarlarının konqres binasına hücum etməsindən danışaraq deyib ki, şiddət heç vaxt həll yolu deyil, şiddət heç nəyi həll etməyəcək.

Meleniya Tramp 6 dəqiqəlik çıxışında əsgər ailələrinə, pandemiya səbəbindən çox çətin şərtlər altında işləyən səhiyyə işçilərinə və natkotik vasitə qurbanlarına müraciət edib.

“Bu unudulmaz 4 il idi. Nə edirsinizsə, ehtirasla edin. Amma unutmayın ki, şiddət heç vaxt həll yolu deyil və haqlı çıxarıla bilməz”, – deyə Meleniya Tramp bildirib.

Birinci Xanım olanda bir ana kimi hiss etdiyi məsuliyyət hissini cəsarətləndirmək, güc vermək üçün istifadə etdiyini deyən Meleniya Tramp insanları dəyərlərinə sadiq qalmağa, digər insanlara mərhəmət göstərməyə və yaxşı vərdişlərə yiyələnməyə çağırıb.

ABŞ-ın yeni prezidenti Co Bayden 20 yanvar günorta saatlarında and içəcək. Ənənəvi olaraq Amerikada hər andiçmə mərasimindən öncə yeni prezident köhnə prezidenti ziyarət edir və yarım saat söhbət edirlər. Ancaq Trampın Baydenlə görşməyəcəyini və səhər saatlarında Ağ Evi tərk edəcəyi ilə bağlı açıqlaması göstərir ki, bu il bu ənənə pozulacaq.