Pandemiya dövründə uşaqlara yönəlik seksual xarakterli cinayətlər artıb

İngiltərədə uşaqlara qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslərə qarşı aparılan əməliyyatlarda ötən ilin aprel ayından bu günə kimi 320 min nəfər həbs edilib.

Bu barədər İngiltərə Daxili İşlər Nazirliyinin yaydığı hesabatda qeyd olunub.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən başladılan “Uşaqlara yönəlik cinsi istismara qarşı” strategiya çərçivəsində ötən ilin aprelindən bəri xeyli sayda həbslər baş tutub.

300 min insan potensial cinayətkardır

Hesabatda qeyd olunub ki, bu çərçivədə 320 şəxs həbs edilib, 400-dən çox uşaq isə dövlətin nəzarəti altına alınıb.

Eyni zamanda qeyd edilib ki, koronavorus epidemiyası məhdudiyyətləri dövründə onlayn formada da uşaqlara yönəlik seksual hərəkətlilik artıb. Hesablamalara görə, 300 min şəxs bu kontekstə potensial cinayətkardır.

Narahatlıq

Avropanın Polis Təşkilatı pandemiya dövründə açıqlama verərək bildirib ki, bu müddət ərzində yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlər artıb və artıq onlayn istismarçıların sayı da artıb.

Məlumatda qeyd olunub ki, artıq internet üzərindən də bu kontekstə olan materialların sayı artıb və təhlükəli həddədir.