“Qazprom” şirkəti sanksiyaların fonunda “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib

Rusiyanın Qazprom şirkəti 2020-ci ildə Şimal Axını boru xətti ilə 59,2 milyard kubmetr qaz ixrac edib. Bu, eyni xəttlə indiyə qədər olan rekord həddir.

Şirkətin verdiyi məlumata görə Şimal Axını vasitəsilə Avropa ölkələrinə ixrac edilən qaz 2020-ci ildə 59,2 milyard kubmetrə çatıb. Bu, xətt istifadəyə veriləndən bəri görülən ən yüksək səviyyə olub.

Qazprom ümumilikdə ildə 55 milyard kubmetr qaz ixrac edir ki, 2019-cu ildə bu rəqəm 58,5 milyard kubmetr olub. 2020-ci ildə isə 59,2 milyard kubmetrlik ixracla 55 milyardlıq standart rəqəmi ikinci dəfə keçib.

Şimal Axını və Şimal Axını 2 eyni istiqamətdə uzanır. Şimal Axını 2011-ci ildə istifadəyə verilib.

Şimal Axını 2 sanksiyalarla üzləşir

Avropa Parlamenti Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsi ilə əlaqədar qərar qəbul edərək, Avropa Birliyini Rusiyanın Şimal Axın-2 qaz kəmərinə sanksiyalar qoymağa və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

Almaniya kansleri Angela Merkel Avropa Parlamentinin bu qərarını əsassız qərar hesab edib.

Merkel mətbuat konfransında bildirib ki, məsələ Amerikanın Rusiya ilə neft və qaz sahəsində hansısa münasibətlərinin olmaması deyil. Məsələyə ümumi baxış olmalıdır, bir-birimizlə danışmalıyıq ki, kimin Rusiya ilə qaz ticarəti etmək istəyi var və bu asılılığı nə qədərdir? Danışıb, müəyyən etməliyik: “Bu sərhədsiz sanksiyaların gərəksiz olduğunu düşünürəm”, – deyə o, vurğulayıb.

Şimal Axını-2 layihəsi Baltik dənizi altından Rusiyadan Almaniyaya illik gücü 55 milyard kubmetr olan iki təbii qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Bu sanksiyalar Rusiya ilə yanaşı Avropada da mənfi təsirlər yaradır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Avropa Parlamentini tənqid etməsə də, Amerikanın Şimal Axını-2 layihəsinə sanksiyalarını ədalətsiz və rəqabət mühitinin qanunsuz pozuntusu kimi qəbul etdiklərini bildirib: “Bu sanksiyalar Rusiya ilə yanaşı Avropa birliyi ölkələrinin də iqtisadiyyatına və həyatına çox ciddi mənfi təsirlər yaradır. Ümumilikdə isə bir daha bildirmək istəyirik ki, qanunsuz sanksiyalar ölkəmizin beynəlxalq arenadakı əsas siyasətinə təsir etməyib və bundan sonra da təsir etməyəcək. Düşünürəm ki, bu, indi bir aksiomdur”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Şimal Axını 2-yə ABŞ sanksiyaları

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya təbii qazını Avropaya nəql edəcək Şimal Axını-2 layihəsinə qarşı sanksiya tətbiq edib və bu boru kəmərinin tikintisində iştirak edən şirkətlərdən dərhal fəaliyyətlərini dayandırmağı tələb edib.

Bir yanvardan etibarən qüvvəyə minən Şimal Axını-2 sanksiyaları tikintinin başa çatdırılması üçün zəruri olan sığorta və sertifikat xidmətləri göstərən şirkətləri və xəttin inşasında iştirak edən gəmilərə xidmət göstərən şirkətləri hədəf alıb.

Bu günlərdə Danimarkanın “Ramboll” şirkəti ABŞ sanksiyaları səbəbiylə Şimal Axını-2 qaz kəmərinin tikintisinin tamamlanmasında iştirak etməkdən çəkilməli olub.

Bundan başqa, üç yanvarda Norveçin “Det Norske Veritas” şirkəti də Şimal Axını-2 layihəsində iştirakdan imtina etmişdi.

Əvvəlki məqaləABŞ-da müalicə olunan Azad Rəhimov başqa xəstəxanaya köçürülüb
Növbəti məqalədəRusiyanın əksər böyük şəhərlərində Navalniyə dəstək mitinqi keçirilib