Rusiya Amerikaya nota verib

Rusiya ilə Amerika arasında Rusiyanın müxalifət lideri Aleksey Navalnıya dəstək mitinqləri ilə bağlı gərginlik yaşanır.

Rusiya Moskvadakı Amerika səfirliyinin Navalnıya dəstək aksiyaları ilə bağlı etdiyi paylaşımları tənqid edib.

Rusiya Xarici Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Amerika səfirliyi tərəfindən edilən paylaşımlar Rusiyanın daxili işlərinə qarışmaqdır və Amerika rusiya qanunlarına hörmət etməlidir.

Etiraz notası verilib

Zaxarova bildirib ki, Amerikanın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və Xarici İşlər nazirinin müavini Sergey Ryabkov onunla görüşüb. Səfirə sosial şəbəkələrdə Rusiyadakı mitinqləri dəstəkləyən paylaşımlar edildiyi üçün etiraz notası təqdim edilib.

Rusiya prezidentinin sözçüsü Dimitri Peskov Rusiyanın rəsmi xəbər agentliyinə açıqlama verərək bildirib ki, bu hərəkətlər yersizdir və Rusiyanın daxili işlərinə qarışmaqdır.

Navalnıya dəstək mitinqləri

Yanvarın 23-də Navalniyə və digər siyasi məhbuslara dəstək mitinqləri təşkil olunub. Mitinqlər Moskva, Sankt-Peterburq, Həştərxan, Çelyabinski, Yekatrenburq, Xabarovski, Omsk, İvanov kimi böyük şəhərlərdə başlayıb. Səhər saatlarından bu şəhərlərdə internetə çıxış və mobil operatorlarda problemlər yaranmağa başlayıb.

Rus müstəqil mediasının məlumatlarına görə mitinq başlamazdan öncə Moskvada və bütün Rusiyada 369 nəfər polis tərəfindən evlərindən tutularaq aparılıb, həmçinin bir neçə jurnalist də mitinqdən öncə həbs olunub.

“Meduza” nəşrinin məlumatına görə Navalniya dəstək mitinqinin yatırdılması üçün Moskvanın Puşkin meydanına zirehli texnika da yeridilib, təqribən 100 nəfər həbs olunub.

Moskva və Peterburqda metrolar ya bağlanıb ya da etiraz aksiyasının keçirildiyi metro stansiyalarının çıxışı polis tərəfindən qapadılıb. Peterburqda səhərdən bəri 20 nəfərdən çox insan həbs olunub.

Navalniyə dəstək mitinqi həmçinin Londonda, Vaşinqtonda, Berlində və Romada da keçirilib.