Rusiya, Ermənistan və Azərbaycan rəsmiləri Cənubi Qafqaz dəmiryolu xəttini müzakirə edəcəklər

Ermənistanda dəmir yolu xətti.

Yanvarın 27-də Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Şimali Qafqazda yeni nəqliyyat xəttinin tikintisi üçün Moskvada görüşü planlaşdırır.

Bu haqda Rusiya və Ermənistan höküməti məlumat yayıb. Rusiya tərəfdən görüşdə Aleksey Overçuk, erməni tərəfdə Mqer Qriqoryan, Azərbaycan tərəfdən Şahin Mustafayev iştirak edəcək.

Tərəflər belə danışıq formatını yanvarın 11-də Qarabağ müharibəsinin bitişindən sonra Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü zamanı qərarlaşdırıblar.

Formatın iştirakçılarının əsas hədəfi regionda dondurulmuş əlaqələri tam bərpa etmək üçün köhnə nəqliyyat xətlərini bərpa etmək, yaxud da yenisini çəkmək üçün razılaşmalar əldə etməkdir.

Hər üç ölkənin baş nazirlərinin müavinləri əvvəlcə Azərbaycanla Naxçıvanı əlaqələndirəcək dəmir yolunun bərpası ilə bağlı bir neçə layihəyə baxacaqlar. Hal-hazırda Azərbaycanın Naxçıvanla əsas əlaqə vasitəsi hava nəqliyyatıdır.

Bundan əlavə Azərbaycan Ermənistan vasitəsilə Naxçıvana gedən avtomobil yolunun da çəkilməsinə nail olmaq istəyir. Əvəzində Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi əldə etməlidir.

Ermənistanla Rusiyanın birbaşa əlaqələri yoxdur, əvvəllər bu iki ölkə Gürcüstan vasitəsilə əlaqə yaratmışdılar, ancaq 2008-ci ilin Osetiya müharibəsindən sonra bu əlaqə dayandı.

Bundan əlavə baş nazirlərin müavinləri Ermənistanın Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqələrinin yaradılmasına da nail olmaq istəyirlər.

Azərbaycan artıq öz ərazisində dəmir yollarının bərpasına başlayıb. Dekabrın sonunda prezident İlham Əliyev deyib ki, Horadizdən Zəngilana, ordan da Ermənistan sərhəddinə qədər dəmir yolunun çəkilməsi üçün ölkəyə ən çoxu 2 il lazımdır.

Yanvarın 11 dəki Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşündə qərara alınıb ki, işçi qrup martın 1-ə qədər layihələrin siyahısı və qrafikini təqdim etməlidir.