Rusiya sülhməramlıları Qarabağa ümumilikdə 47 min erməni qaçqını qaytarıb

Qarabağa qayıdan erməni qaçqınları.

Yanvarın 1-də rus sülhməramlılarının müşayəti ilə Dağlıq Qarabağa Ermənistan Respublikası ərazisindən növbəti qaçqın karvanı gəlib. Bu haqda Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Bu dəfə avtobusla İrəvandan Xankəndinə 220 erməni qaçqın gətirilib. Ümumilikdə isə 44 günlük müharibədən sonra Dağlıq Qarabağa 47 min erməni qaçqın qaytarılıb.

Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda həmçinin deyilir ki, rus sülhməramlıları Qarabağa gətirilən qaçqınların daimi yaşayış yerlərində təhlükəsizliyini təmin edir, onlara humanitar yardım edir və sivil infrastrukturu bərpa edir.

Əvvəlki məqaləBu gündən Azərbaycanda polietilen torbaların satışına qadağa qoyulur
Növbəti məqalədəBu gündən yanvarın 4-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək