Rusiyadan Dağlıq Qarabağa gətirilən tikinti materialları ilə 260 bina bərpa edilib

Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə Dağlıq Qarabağda 260 bina təmir edilib.

Bubarədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dağlıq Qarabağdakı 260 bina humanitar yardım çərçivəsində Rusiyadan gətirilən inşaat materialları ilə təmir olunub.

Bərpa olunmuş binalar arasında özəl, çoxmərtəbəli yaşayış evləri və sosial obyektlər var. Hazırda 15 binada təmir işləri davam etdirilir.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr tarixindən etibarən Dağlıq Qarabağda atəşkəs elan edilməsi ilə əlaqədar razılaşma imzaladayıblar. Razılaşma ilə 1960 sayda Rusiya sülhməramlısı, 90 zirehli texnika, 380 ədəd avtomobil texnikası təmas xəttinə və Dağlıq Qarabağ ərazisinə yerkəşdirilib. Onlar Laçın dəhlizinə də nəzarət edirlər.

Ancaq zaman-zaman Rusiya sülhməramlılarının nəzarət xəritələrini dəyişməsi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Ermənistan diversantlarının girməyə çalışması Rusiya sülhməramlılarını tənqid hədəfinə çevirir. Eyni zamanda Qondarma Dağlıq Qarabağ rejiminə isti münasibətləri də Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qəbul olunmur. Ümumilikdə isə artıq Azərbaycan tərəfində Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı tələblər artıb.