Rusiyanın əksər böyük şəhərlərində Navalniyə dəstək mitinqi keçirilib

Moskvada Navalniyə dəstək mitinqi.

Bu gün, yanvarın 23 də Rusiya şəhərlərində həbs olunan müxalif lider Aleksey Navalniyə və digər siyasi məhbuslara dəstək mitinqləri təşkil olunub. Mitinqlər Moskva, Sankt-Peterburq, Həştərxan, Çelyabinski, Yekatrenburq, Xabarovski, Omsk, İvanov kimi böyük şəhərlərdə başlayıb. Səhər saatlarından bu şəhərlərdə internetə çıxış və mobil operatorlarda problemlər yaranmağa başlayıb.

Rus müstəqil mediasının məlumatlarına görə mitinq başlamazdan öncə Moskvada və bütün Rusiyada 369 nəfər polis tərəfindən evlərindən tutularaq aparılıb, həmçinin bir neçə jurnalist də mitinqdən öncə həbs olunub.

«Meduza» nəşrinin məlumatına görə Navalniya dəstək mitinqinin yatırdılması üçün Moskvanın Puşkin meydanına zirehli texnika da yeridilib, təqribən 100 nəfər həbs olunub.

Moskva və Peterburqda metrolar ya bağlanıb ya da etiraz aksiyasının keçirildiyi metro stansiyalarının çıxışı polis tərəfindən qapadılıb. Peterburqda səhərdən bəri 20 nəfərdən çox insan həbs olunub.

Navalniyə dəstək mitinqi həmçinin Londonda, Vaşinqtonda, Berlində və Romada da keçirilib.